Rusiyanın Sankt-Peterburq şəhərində altı yaşlı qız uşağı bağçada yelləncəkdən yıxılaraq ciddi zədələr alıb.
Qaziler.az bildirir ki, “SHOT” teleqram kanalının yazdığına görə, uşağın bir neçə yerindən onurğası sınıb. Kanalın məlumatına görə, valideynlər baş verən hadisədən sonra tələsik məzuniyyətə çıxan müəllimi günahlandırırlar.
Kanalın əldə etdiyi məlumata görə, uşaq 69 saylı uşaq bağçasının şagirdləri və işçiləri 1 saylı bağçanın ərazisində olarkən xəsarət alıb. Zərərçəkən bir oğlanla tarazlıq yelləncəyi üzərində yellənirmiş, uşaq bir anda qəfil ayağa qalxıb. Bu zaman müvazinətini saxlayan bilməyən qızcığaz yerə yıxılıb.
Valideynləri əvvəlcə uşağın adi xəsarət aldığını düşünüblər və yalnız 2 gündən sonra həkimlərə müraciət ediblər. Müayinə zamanı həkimlər həmçinin döş qəfəsinin çoxsaylı sınıqları diaqnozunu qoyublar. Uşaq altı aydan çoxdur ki, yataq xəstəsidir, onu ciddi və uzunmüddətli reabilitasiya gözləyir.
Xəsarət alan uşağın anası hesab edir ki, müəllim uşağa nəzarət etməyib
QAZİLER.AZ