İzmirdə 10-dan çox insanın yaralandığı eskalator qəzasının görüntüləri yayıldı

İzmirdə 10-dan çox insanın yaralandığı eskalator qəzasının  görüntüləri yayıldı backend

Türkiyənin İzmir şəhərində metronun eskalatorunda 11 nəfərin yaralandığı qəzanın görüntüləri yayılıb.

Videoda yuxarı doğru hərəkət edən eskalator anidən əks istiqamətdə hərəkətə başlayıb. Nəticəsində eskalatordan istifadə edən insanlar müvazinətini itirərək yıxılıblar.

Qeyd edək ki, hadisə Konak rayonunda metronun "Üçyol" stansiyasında dünən baş verib. Qəza zamanı yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar və tibbi müdaxilələrdən sonra evlərinə buraxılıblar.

Diaspora