İsrailin Belqraddakı səfirliyini mühafizə edən polisə arbaletlə hücum olunub

İsrailin Belqraddakı səfirliyini mühafizə edən polisə arbaletlə hücum olunub backend

Serbiyanın paytaxtı Belqradda İsrail səfirliyini mühafizə edən polis əməkdaşına arbaletlə hücum edilib.

QAZÌLER.AZ  APA-ya istinaden  xəbər verir ki, hücumu təşkil edən şəxs zərərsizləşdirilib, polis əməkdaşı isə ağır yaralıdır.

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç hücumun radikal dindar bir şəxs tərəfindən həyata keçirildiyini bildirib. Nazir bildirib ki, polisin boynuna ox batıb, o isə öz növbəsində hücum edən şəxsə bir neçə dəfə atəş açıb.

Nazir həmçinin hadisə ilə əlaqəsi olduğu güman edilən bir neçə nəfərin də həbs olunduğunu bildirib.

 

Diaspora