ABŞ-ın Yuta ştatında 7 uşaq ildırımın vurması nəticəsində xəstəxanaya yerləşdirilib.
Qaziler.az bildirir ki, məlumatı “NBC News” yayıb. Nəşrin yazdığına görə, zərbəni ümumilikdə 50 azyaşlı hiss edib.
“50-yə yaxın uşağı ildırım vurub, nəticədə 7-si elektrik cərəyanı xəsarətləri ilə xəstəxanaya aparılıb”, - məlumatda qeyd edilib.
KİV-in məlumatına görə, uşaqlar gəzintiyə çıxıblar, lakin qəfil tufan başlayıb və onların yaxınlığındakı yerdə şimşək çaxıb. Uşaqlar arasında ciddi xəsarət alanın olub-olmadığı dəqiqləşdirilir.
QAZİLER.AZ