Rusiyada Yekaterinburq sakini 18-ci mərtəbədən yıxılaraq sağ qalıb.
Qaziler.az bildirir ki, bu barədə “Ural Mash” teleqram kanalı xəbər yayıb.
Qeyd edilib ki, qız Aviatsionnaya küçəsindəki Premyer-2 yaşayış kompleksindən xəstəxanaya aparılıb. Həkimlər 20 yaşlı yerli sakinə müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyublar. Ona bütün lazımi tibbi yardım göstərilib.
Telekanalın məlumatına görə, gənc qız hündürlükdən yıxılmazdan əvvəl qız dostunun ölümündən xəbər tutub. Qonşu isə onu hündürmərtəbəli binanın pəncərələrinin altında tapıb.
QAZİLER.AZ