Beş yaşlı uşaq hovuzda boğulub

Beş yaşlı uşaq hovuzda boğulub backend

Leninqrad vilayətinin Vıritsa kəndində valideynləri hamamdan çıxdıqdan sonra evdə istirahət edərkən uşaq hovuzda boğulub.

Qaziler.az bildirir ki, bu barədə “NEWS.ru” Leninqrad vilayətindəki hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazıb. Zəngə gələn həkimlər uşağın boğulma nəticəsində öldüyünü təsdiqləyiblər.

Nəşrin məlumatına görə, fövqəladə hallar dispetçerinə hadisə barədə iyunun 23-də axşam saatlarında məlumat daxil olub. Məlum olub ki, bağçanın ərazisində üç nəfər böyük və iki nəfər uşaq olub. Uşaqlar açıq hovuzda qolluqları və havayla şişirdilmiş dairələrlə üzüblər. Böyüklər isə bu zaman böyüklər evdə dincəlibmişlər.

Bir müddət sonra baba nəvəsini heç yerdə tapa bilməyib. Daha sonra uşağı hovuzda həyat əlamətləri olmadan aşkar ediblər. Uşaq sudan çıxarılıb və həkim çağırılıb. Onlar hadisə yerinə gələrək artıq uşağın öldüyünü bildiriblər. Hazırda faktla bağlı araşdırma aparılır.

QAZİLER.AZ

Diaspora