Dəhşətli qəzada həlak olan zabitlərin FOTOLARI

Dəhşətli qəzada həlak olan zabitlərin  FOTOLARI backend

Füzuli-Ağdam yolunda baş verən qəzada həlak olan şəxslər zabit olublar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza zamanı minik maşınında olan Murad Aydın oğlu Müsadirov və Kənan Tapdıq oğlu Mustafayev aldıqları xəsarətdən ölüblər.

Xatırladaq ki, hadisə Füzuli-Ağdam yolunun 30-cu kilometrliyində qeydə alınıb. Ötən gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev VAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında dayanan traktora çırpılıb.

Diaspora