İrlandiyanın Durrus kəndindən olan 69 yaşlı Cozi yatarkən həşəratların dişləməsindən sonra hər iki ayağını itirib.
Qaziler.az bildirir ki, bu haqda “Daily Star” məlumat yayıb.
Xəbərdə qeyd edilib ki, qadın Böyük Britaniyada anadan olub və 1980-ci illərdə İrlandiyaya köçüb, burada altı uşaq böyüdüb və 12 nəvənin qürurlu nənəsi olub.
Keçən il o, həşərat dişləmələri nəticəsində hər iki ayağının amputasiyasına səbəb olan aqressiv infeksiyaya yoluxub. Ailəsi mümkün olan hər şeyi edən həkimlərin səyini yüksək qiymətləndirib. Lakin bütün cəhdlərə baxmayaraq Cozi mart ayında əməliyyat olunaraq ayaqlarını itirib.
QAZİLER.AZ