Rusiyanın Novosibirsk vilayətində evli cütlük 10 yaşlı qızı işgəncə ilə öldürüblər.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, ailəsi qız uşağını tanışlarının yanında qoyub gedib.
“Üç gün ərzində uşaq döyülərək yeməkdən məhrum edilib, nəticədə məktəbli huşunu itirib və bir neçə gün sonra xəstəxanada ölüb”, - Regional İstintaq Komitəsinin mətbuat xidməti xəbər verib.
Cütlük saxlanılıb. Onlara qarşı “Qətl” və “İşgəncə” maddələri ilə cinayət işi açılıb.
Yaxın vaxtlarda barələrində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət göndəriləcək. İdarədən bildirilib ki, cinayət işinin istintaqı zamanı qızın anasının əməllərinə qiymət veriləcək.
QAZİLER.AZ