Yanan qayıqda xəsarət alanların vəziyyəti necədir? - TƏBİB açıqladı

Yanan qayıqda xəsarət alanların vəziyyəti necədir? - TƏBİB açıqladı backend

Mingəçevirdə baş verən hadisə ilə əlaqələr 15.06.2024-cü il tarixində saat 20:20 radələrində 10 nəfər (3-ü qadın cinsli, 7-si kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

QAZÌLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumata görə, yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 8 nəfər (3-ü qadın cinsli, 5-i kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Vəziyyətləri stabildir.

Diaspora