Rusiyada müttəhim məhkəmə zalında polisə hücum edib - VİDEO

Rusiyada müttəhim məhkəmə zalında polisə hücum edib - VİDEO backend

Moskva yaxınlığındakı Puşkino qəsəbəsində şəhər məhkəməsində polis əməkdaşına qarşı zorakılıq tətbiq edən şəxs barəsində cinayət işi açılıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi iyunun 4-də özünün Telegram kanalında məlumat yayıb.

İdarə aydınlaşdırır ki, hücum həmin gün əvvəl cinayət işi üzrə qərar qəbul edilən Puşkin Şəhər Məhkəməsinin iclasında baş verib.

Müstəntiqlər və kriminalistlər hadisənin baş vermə şəraitini araşdırır.

Məhkəmə zalından çəkilmiş görüntülərdə 3 məhkumdan ikisinin əvvəlcə salındıqları qəfəsi necə silkələdiyi, daha sonra onlardan birinin polis əməkdaşı ilə münaqişəyə girərək ona hücum etdiyi görünür.

QAZİLER.AZ

 

Diaspora