"Anjelika" vəfat etdi

"Anjelika" vəfat etdi backend

"Uzaq sahillərdə" filmində "Anjelika" obrazı ilə məşhurlaşan aktrisa Aqniya Yelikoyeva vəfat edib.

Bu barədə "Kino-teatr" portalında xəbər verilib.

Bildirilir ki, aktrisa 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, sovet teatr, kino və televiziya aktrisası Aqniya Yelikoyeva ilk dəfə 1953-cü ildə "Vesna v Moskve" ("Moskvada bahar") filmində rol alıb. O, həmçinin "Ovod", "Vdali ot rodinı" ("Vətəndən uzaqlarda"), "Tarantula" və s. kimi ekran işlərində rol alıb.

"Uzaq sahillərdə" Tofiq Tağızadənin rejissorluğu ilə 1958-ci ildə çəkilib. Film Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilib.

Yelikoyevanın Rusiyada son ekran işi 1990-cı ildə "Hüquqşünas" serialı - detektiv hekayəsi olub.

Aqniya Yelikoyeva 1929-cu il noyabrın 6-da anadan olub. 1951-ci ildə Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib. Leninqradda (Sankt- Peterburq) Lensovet teatrında müxtəlif rollarda oynayıb. Aqniya Yelikoeva, yaxud Anqnyuşa (onu yaxın dostları belə çağırırdılar) gözəl qadın, maraqlı aktrisa, həddindən çox ciddi insan, maraqlı yoldaş olub. Bu barədə onun haqqında xəsisliklə verilən qısa məlumatlarda bildirilir. Aktrisa SSRİ dağılan ərəfədə 90-cı illərin əvvəllərində Sovet İttifaqını həmişəlik tərk edərək ABŞ-a köçüb. 

 

Diaspora