Rusiyanın Kamçatka diyarının səhiyyə naziri Aleksandr Qaşkov qəzaya düşüb.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə regional hökumət orqanlarından məlumat verilib.
Bildirilib ki, həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Qəza Naçiki-Kavalerskoye-Ust-Bolşeretsk avtomobil yolunda baş verib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.
İki avtomobilin toqquşması nəticəsində xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.
Səhiyyə naziri ilə birlikdə avtomobildə Kamçatka diyarı Səhiyyə Nazirliyinin Səhiyyənin İnkişafı Departamentinin rəis müavini Denis Fedotov da olub. Qəza nəticəsində Aleksandr Qaşkovun qabırğaları və çanaq sümükləri sınıb.
Nazirin olduğu xidməti avtomobilin sürücüsü, eləcə də Denis Fedotov yüngül bədən xəsarətləri alıblar.