Gəncədə gənc oğlanı ildırım vurub, vəziyyəti ağırdır

Gəncədə gənc oğlanı ildırım vurub, vəziyyəti ağırdır backend

Gəncədə 24 yaşlı oğlanı ildırım vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 24 yaşlı O.Quliyevi ildırım vurub. O, ağır halda təcili yardım briqadası tərəfindən Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Diaspora