Abşeronda 11 yaşlı məktəbli itkin düşüb - FOTO

Abşeronda 11 yaşlı məktəbli itkin düşüb - FOTO backend

Ötən gün Abşeron rayonunun Hökməli kəndində 11 yaşlı məktəbli itkin düşüb.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Qeyd olunub ki, 11 yaşlı qız Hökməli kəndindən avtovağzala gəlmək üçün 156 saylı avtobusa minib.

"Avtovağzaldan isə 91 saylı avtobusla 299 nömrəli məktəbə getməli imiş. Təxminən saat 16 radələrində məktəblinin valideynlərinə onun məktəbə gəlmədiyi ilə bağlı məlumat verilib. Bundan sonra isə axtarış elan olunub", - deyə məlumatda bildirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat Xidməti İdarəsinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

Bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən azyaşlının tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində tədbirlər görülür.

Diaspora