Surxay Əliyev yenidən həbs edildi

Surxay Əliyev yenidən həbs edildi backend

"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev yenidən həbs edilib.

QAZÌLER.AZ  Axar.az -a istinadən xəbər verir ki, baş redaktor Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb və barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Surxay Əliyev bir neçə il bundan öncə də eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi.

Diaspora