Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərə güclü yağış yağıb, Kvemo-Kartlinin 15-dən çox kəndi ilə əlaqə kəsilib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barədə regionun dövlət prokuroru Georgi Doxturaşvili bildirib.
Onun sözlərinə görə, qabaqlayıcı tədbirlər nəticəsində əhalinin təxliyəsi mayın 26-na keçən gecədən başlayıb:
“Gecə boyu güclü yağış yağıb. Xüsusilə ağır nəticələr Marneuli, Tetritskaro, Bolnisi və Dmanisi bələdiyyələrində müşahidə olunur. 15-dən çox kəndlə əlaqə kəsilib. Körpülər dağılıb, xilasedicilər 24 saat işləyir.
Həmçinin müxtəlif bölgələrdən əlavə qüvvələrin səfərbər edilməsi lazım olub. İnsanların təxliyəsində Daxili İşlər Nazirliyinin əməkdaşları çox fəal iştirak edir. Profilaktika məqsədi ilə daşqınlardan zərər çəkmiş ərazilərdə əhalinin təxliyəsinə gecə saatlarından başlanılıb. Bundan əlavə, 15-dən çox ailə Marneuli bələdiyyəsindəki evlərindən aparılıb”.