Azərbaycanda evini satan şəxsin 21 min manatını belə əlindən aldılar

Azərbaycanda evini satan şəxsin 21 min manatını belə əlindən aldılar backend

Azərbaycanda evini satan külli miqdarda dələduzluğa məruz qalıb.

QAZILER.AZ  Lent.az-a istinaden xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, bir kibercinayətkarlıq faktı üzrə zərər 21000 manat təşkil edib. Evini elan saytında satışa qoyan vətəndaşa Qazaxıstan nömrəsi ilə zəng gəlib və naməlum şəxs evi almaq istədiyini bildirib. Danışıqlardan sonra evi satışa qoyan şəxs nəhayət razılaşıb. Evi satana təklif edilib ki, beh ödəmək üçün bank kartı məlumatlarını versin.

Ev satanı telefonda danışdıra-danışdıra 16 rəqəmdən əlavə digər məlumatları əldə etməklə bank kartında olan pulu oğurlayıblar.

Diaspora