Sankt-Peterburqun Tixoretski prospektində yerləşən Budyonnı Rabitə Akademiyasının yaxınlığında partlayış baş verib.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, binaya dronla hücum edilib. Yeddi nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Təcili yardım xidmətləri hadisə yerindədir.
***
Leninqrad Hərbi Dairəsi Peterburqda baş verən partlayışla bağlı açıqlama yayıb.
Bildirilib ki, Sankt-Peterburqdakı Hərbi Rabitə Akademiyasının ərazisində Böyük Vətən Müharibəsinin döyüş sursatı partlayıb:
“Saat 20:00 radələrində S.M.Budyonnı adına Hərbi Rabitə Akademiyasının təsərrüfat ərazisində, zirzəmilərdən birinin təmizlənməsi zamanı zibilləri konteynerə boşaldarkən partlayış baş verib. II Dünya müharibəsi dövrünə aid 76 mm-lik mərmi partlayıb. Nəticədə 7 hərbçi yaralanıb”.
Yaralı hərbçilər Müdafiə Nazirliyinin tibb müəssisəsinə aparılıb. Leninqrad Hərbi Dairəsinin komandanlığının nümayəndələri hadisənin səbəblərini və şəraitini müəyyən etmək üçün işləyirlər.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun sözlərinə görə, insident Müdafiə Nazirliyinin məsuliyyət zonasına daxildir və terror xarakteri daşımır.