İsveçrə Federal Şurasının sözçüsü və vitse-kansler Andre Simonazzi dağlarda gəzinti zamanı ölüb.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.
Məlumata görə, 55 yaşlı Simonazzi mayın 10-da dağlarda gəzinti zamanı huşunu itirib və nəticədə ölüb.
Mərhumun ailəsi mətbuatdan xahiş edib ki, onlarla əlaqə saxlanasınlar və kədərlərinə hörmət etsinlər.
Qeyd edək ki, Simonazzi 2008-ci ildən İsveçrənin vitse-kansleri və Federal Şuranın sözçüsü vəzifəsində çalışırdı.