Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb, AQTA araşdırmaya başlayaıb - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb, AQTA araşdırmaya başlayaıb -  YENİLƏNİB backend

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.

Apa-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

Saart 21:20

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, zəhərlənən şəxslər Zaqatala RMX-a daxil olub.

Müraciət edənlərdən labarator müayinələr üçün müvafiq nümunələr götürülüb.

Daxil olan 15 nəfərdən 5-i azyaşlıdır.

***

Saat 20:35

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələrdə var.

Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

***

Saat 18:17

Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Mosul kənd sakini, 1987-ci il təvəllüdlü Aynur Məmmədova və onun iki övladı - 2009-cu il təvəllüdlü Ravil Məmmədov və 2012-ci il təvəllüdlü Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər. Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub. Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir.

Diaspora