Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar backend

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində baş verən dəhşətli hadisə ilə bağlı yeni iddialar səslənib.

Lent.az-ın məlumatına görə, hadisəyə səbəb psixatrop maddələr olub.

Eyni zamanda, zəhərlənərək ölənlərdən birinin Astara Gömrük İdarəsinin əməkdaşı, digərinin isə hərbçi olduğu deyilir.

Qeyd edək ki, hoteldə əylənən dörd nəfər zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Diaspora