Moskvada qumbara formasında olan brelok bir uşağın əlində partlayıb.
Qaziler.az xəbər verir ki, bu haqda məlumatı “Mash Telegram” kanalı yayıb.
Kanalın məlumatına görə, hazırda həkimlər qumbara partlamasında yaralanan uşağı müayinə edir. Bildirilib ki, məktəblinin ayaq və qollarında sıyrıqlar var.
Kanalda qeyd edilib ki, partlayış Kapotnya rayonundakı bazarda baş verib. Valideynlər oyuncağı alıb doqquz yaşlı oğlan uşağına veriblər. Uşaq breloku götürdükdən sonra partlayış baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.
QAZİLER.AZ