Kəlbəcərdə yük maşını AŞDI - Sürücü öldü

Kəlbəcərdə yük maşını AŞDI - Sürücü öldü backend

Kəlbəcərdə yük maşını aşıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Yanşaq kəndində baş verib.

Belə ki, Emrah Uysal idarə etdiyi "HOWA" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb. Hadisə yerinə Kəlbəcər rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Avtomobildə sıxılıb ölən E.Uysalın meyiti çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Diaspora