Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib

Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib backend

Moskvanın Basmannı məhkəməsi Rusiya müdafiə nazirinin eks müavini Timur İvanovun tabeliyində olmuş Anton Filatov barəsində həbs qətimkan tədbiri seçib.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə Basmannı məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Filatov xüsusilə böyük miqyasda mənimsəmədə şübhəli bilinir.

2016-cı ildən 2019-cu ilə qədər olan dövr üçün açıqlanan bəyannamələr rüşvətxorluqda ittiham olunan müdafiə nazirinin müavini Timur İvanovun sərvətini üzə çıxarıb. Bu müddət ərzində o, həyat yoldaşı ilə 1,5 min kvadratmetrdən çox sahəsi olan bir ev, nadir bir limuzin və bir neçə bahalı avtomobil əldə edib. İndi İvanov külli miqdarda rüşvət almaqda ittiham olunur.

Xatırladaq ki, Moskva məhkəməsinin qərarı ilə Rusiyada keçmiş müdafiə nazirinin müavini, ordu generalı Timur İvanov və onun qohumlarının aktivləri, bank hesabları və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub. Basmannı məhkəməsi istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.

Artıq Rusiyanın müdafiə naziri Sergey Şoyqu Timur İvanovu nazir müavini vəzifəsindən uzaqlaşdırıb. Timur İvanovun 1 milyard rubldan çox məbləğdə rüşvət aldığı bildirilir.

 

 

Diaspora