Toplum TV işi üzrə daha bir nəfər istintaqa dəvət edilib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Toplum TV-nin əməkdaşı Cavid Ramazanovun saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, C.Ramazanov barəsində həbs növündən olmayan digər qətimkan tədbiri var:
"O, cinayət işinə cəlb edilmiş şəxs olduğundan dindirilməsi üçün növbəti dəfə istintaqa dəvət edilib".