“Vətən müharibəsi qazisi Orxan Qələndər oğlu Mürtəzov avtomobil qəzasında deyil, evində insult keçirərək dünyasını dəyişib”.
Bu barədə Qaziler.az saytına qazinin həm qonşusu, həm də yaxını tərəfindən məlumat verilib. O, saytlarda yazılan xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb:
“Orxan axşam işdən gələndən sonra çayxanaya gedib. Sonra evinə gəlib hamama girmək istəyəndə ağır insilt keçirib. Dərhal təcili tibbi yardım çağırılıb və Orxanı reanimasiyaya yerləşdiriblər. Bir həftə xəstəxanada yatandan sonra dünyasını dəyişdi. Aprelin 23-də dəfn edildi. Allah rəhmət eləsin!”.
*****
10:21
Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib.
Vətən müharibəsində iştirakına görə bir neçə medalla təltif edilmiş Orxan Mürtəzov evli və iki azyaşlı qız atası olub.
Mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.