Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur

Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur backend

Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarından həmkəndlisi 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılıb. Qızın ailəsi zorla qaçırılan 23 yaşlı övladlarının qaytarılmasını istəyir. Ailə üzvləri hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, aprelin 22-də Bərdə rayonunda 2001-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı şöbəyə müraciət daxil olub. Hazırda müraciət əsasında polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.

Diaspora