Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir.
Daha bir məqam isə özünü asaraq intihar edən qızın qardaşı - Bəhruz Quliyevin 1992-ci il şəhidi olmasıdır. Qardaşı şəhid olduğu üçün onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır.
Onun qardaşının yanında dəfn olunacağı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Qəbələdə 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədə asaraq, intihar edib.