Kürdə atası ilə batan uşağın meyiti tapılıb

Kürdə atası ilə batan uşağın meyiti tapılıb backend

Kür çayında 6 yaşlı qız batıb.

QAZİLER.AZ  APA-ya istinadən verdiyi məlumata görə, 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

 

Diaspora