Yeni Zelandiya sahillərində insan yeyən köpəkbalığı sərnişinləri olan və Stüart adasına gedən katamarana hücum edib.
Qaziler.az bildirir ki, bu barədə “MIR24.TV” məlumat yayıb.
Qayıq kapitanının dediyinə görə, ən azı bir ton ağırlığında olan böyük ağ köpəkbalığı qayığın arxa hissəsindən tutmağa çalışıb.
Qayıqda olan sərnişinlər narahat olublar, lakin xoşbəxtlikdən kimsə xəsarət almayıb. Hadisə zamanı köpək balığı qayığa çox ziyan vura bilməyib.
QAZİLER.AZ