İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisində yerləşən tikilinin üzərindən keçən hava elektrik xəttinə toxunmaları səbəbindən elektrik cərəyanı vurması nəticəsində ölmələri faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
APA