İki gündür yağan leysan yağışlar nəticəsində Lerik rayonunu Yardımlı rayonu ilə birləşdirən yolun üzərindəki yeganə körpünü sel aparıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, Ağqışlaq və Şingədulan kəndləri ərazisində, Ağçay çayı üzərində beton konstruksiyalı və dəmir borularla salınan körpünün uçması nəticəsində həmin kəndlərin sakinlərinin Masallı rayonu ilə əlaqəsi tamamilə kəsilib. Yaranmış problemlərlə bağlı dərhal əraziyə baxış keçirilib.
Hazırda həmin istiqamətlərdə hərəkətin təmin olunması istiqamətində işlər aparılır.