Ananın diri-diri basdırdığı körpə 6 saatdan sonra sağ çıxarıldı

Ananın diri-diri basdırdığı körpə 6 saatdan sonra sağ çıxarıldı backend

Qanada ana yeni doğulmuş körpəsini bağçada diri-diri basdırıb, lakin körpə bir neçə saat yerin altında qalmasına baxmayaraq, xilas edilib.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Qanada 23 yaşlı qadın evdə uşaq dünyaya gətirib və körpədən xilas olmaq üçün onu bağçaya basdırmaq qərarına gəlib. Yeni doğulmuş körpə qohumları tərəfindən aşkar edilib. Aşkar edildikdən sonra körpənin altı saat torpağın altında qaldığı müəyyəne dilib. Qız uşağı olan körpə dərhal xəstəxanaya yerləşdirilib. Bədənində qançır və cızıqlar olsa da, yenidoğulmuşun həyatını xilas etmək mümkün olub. Bir həftə sonra o, xəstəxanadan çıxarılaraq yaxınlarına təhvil verilib.

Qızın anası saxlanılaraq psixiatriya xəstəxanasına yerləşdirilib. Hazırda qadını uşağı diri-diri basdırmağa vadar edən hallar müəyyənləşdirilir.

QAZİLER.AZ

Diaspora