Rusiyada 10 mindən çox evi su basdı

Rusiyada 10 mindən çox evi su basdı backend

Rusiyanın Orenburq vilayətində bəndin uçması nəticəsində 10168 yaşayış binası və 18471 təsərrüfat sahəsi daşqın zonasına düşüb.

QAZILER.AZ  Publika.az-a istinaden xəbər verir ki, su basmış təsərrüfatlardan və bağ sahələrindən ümumilikdə 6127 nəfər, o cümlədən 1478 uşaq təxliyə edilib. Bundan başqa, 31 saylı bələdiyyə ərazisində 47 körpü nəqliyyatın hərəkəti üçün bağlanıb. Ən çətin vəziyyətin Orsk şəhərində müşahidə olunduğu bildirilir. Orada bağ sahəsi olan 6641 yaşayış binasını su basıb.

Xatırladaq ki, aprelin 5-də axşam saatlarında Orskda Ural çayı üzərindəki bənd qırılıb. Köhnə şəhəri su basmağa başlayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov Orskdakı vəziyyəti kritik adlandırıb.

Diaspora