Martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə Bakı şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
***
31 mart 14:49
Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
APA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluqdan sorğuya cavab olaraq bildirilib.
***
saat 13.06
Xəbərə foto əlavə edilib.
***
saat 12.09
Sumqayıtda dəniz sahilində uşaq meyiti tapılıb.
APA xəbər verir ki, meyit Zeynalabdin Tağıyev adına qəsəbədə dəniz sahilində aşkarlanıb.
Meyitin yaş yarımlıq uşağa aid olduğu bildirilir, lakin meyitin əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.
Fakt araşdırılır.