“Krokus”da qətlə yetirilən Vüqar və xanımı İsraelyan – Foto    

“Krokus”da qətlə yetirilən Vüqar və xanımı İsraelyan – Foto       backend

Xəbər verdiyimiz kimi, 22 martda Moskvadakı “Krokus Siti Holl”a terror hücumu zamanı qətlə yetirilənlərdən biri də azərbaycanlı, Rusiya vətəndaşı 1983-cü il təvəllüdlü Vüqar Hüseynovdur.

QAZİLER.AZ   Axar.az-a istinadən xəbər verir ki, Vüqar Hüseynovla bərabər onun həyat yoldaşı Liliya İsraelyan da öldürülüb.

Ər-arvad hər ikisi Vnukova hava limanında işləyirlərmiş. Vüqar Hüseynov Perronların Emalı Xidmətinin rəis müavini, 33 yaşlı Liliya İsraelyan isə perrona nəzarət dispetçeri olub.

Bir müddət öncə yayılan videoda foyedəki sütunların arxasında gizlənərək, masalardan barrikada düzəltməyə çalışan Vüqar imiş (video təqdim edilir).

Rusiya mediası yazıb ki, Vüqar işinin peşəkarı olub, eyni zamanda, qətliam zamanı da qaçıb qurtula bilərmiş. Ancaq həyat yoldaşını qorumaq istəyi onun ölümünə səbəb olub.

Vüqar və Liliyanın yaş yarımlıq övladı var. Uşaq hazırda nənə və babasının yanındadır (ata, yoxsa ana nənə-babasının yanında olduğu qeyd edilmir - red.).

Qeyd edək ki, V.Hüseynovun xanımı Liliya İsraelyanın erməni olduğu bildirilir.

 

 

Diaspora