"Crocus City Hall"a "Piknik" qrupunun konsertinə gedən Tula vilayətinin iki sakinini avtomobil təkərinin partlaması xilas edib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb .
"Aleksandrın "SHOT"a verdiyi məlumata görə, ötən gecə 20 yaşlı oğlu ilə Uzlovaya şəhərindən Moskvaya gedirmiş. Moskva Dairəvi Yolundan təxminən 60 kilometr aralıda onun təkəri partlayıb. Adam özü onu dətişmək istəyi, lakin beş boltdan birini aça bilməyib. Bu, xilasedici olub”, - nəşr yazır.
Qeyd olunur ki, sürücü maşını təmir etdirərkən "Crocus City Hall"da terror aktı başlayıb. Sonradan o, oğlu ilə birlikdə heç olmasa konsertin sonuna çatmaq ümidi ilə yola düşüb. Lakin dostları onlara zəng edərək baş verənləri danışıblar. Ata və oğul geri dönmək qərarına gəiblər.
Aleksandr qeyd edib ki, konsertə getmək üçün xüsusi olaraq avtomobil icarəyə götürüb - ilin əvvəlində köhnə avtomobilində qəzaya düşüb. Daha sonra o, yeni avtomobil alıb, lakin terror aktından bir neçə gün əvvəl o da xarab olub. Onun sözlərinə görə, indi oğlu ilə iki doğum günü var.