ABŞ-ın Yuta ştatında doqquz yaşlı uşaq balta və tapançadan silah kimi istifadə edərək öz atasını vəhşicəsinə öldürüb.
Qaziler.az bildirir ki, bu barədə “Yahoo News” yazır. Səlahiyyətlilər hadisədə uşağın oxşar qətl səhnəsini izlədiyi “Call of Duty” atıcısını günahlandırırlar.
Mənbənin sözlərinə görə, uşaq fevralın 16-da öz atasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilib. İlkin olaraq hadisə yerinə gələn polis hadisəni intihar hesab edib. Lakin müayinə zamanı müəyyən edilib ki, 32 yaşlı ailə başçısı başının arxasından güllə yarası alıb və bədəninin hər yerində yaranan yaralar isə təcavüzkardan özünü müdafiə etmək cəhdindən xəbər verir.
Hadisə zamanı evdə ikisi böyük şəxs olmaqla, daha bir neçə başqa şəxs də olub, lakin polis ancaq 9 yaşlı uşağı həbs edib. Jurnalistlərin fikrincə, oğlan oyun oynamağa çox vaxt sərf edib və onun sevimli titullarından biri atıcı Call of Duty olub.
QAZİLER.AZ