Əməkdar artist Sahibə Əhmədova vəfat edib.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Məlumata görə, S.Əhmədova bu gün 68 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əhmədova Sahibə Əliqulu qızı 1956-cı ildə Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Opera səhnəsində ilk ifa etdiyi obraz M.Maqomayevin “Şah İsmayıl” operasından Ərəbzəngi obrazı olub. Elə ilk gündən Sahibə xanımın özünəməxsus tərzdə və yüksəs peşəkarlıqla ifa etdiyi bu obraz tamaşaçıların yaddaşında bu günə qədərdə böyük iz buraxıb və haqlı olaraq da “Səhnəmizin Ərəbzəngisi” adını qazanıb.
Muğam və xalq mahnılarımızın mahir ifaçısı olan Sahibə Əhmədovanın ifasında “Bayatı-Şiraz”, “Çahargah”, “Şur”, “Segah”, “Orta Mahur”, “Mahur-hindi”, “Rahab”, “Bayatı-kürd”, “Qatar”, “Şahnaz” muğam dəstgahları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Simayi-Şəms” kimi zərbi-muğamları lentə alınıb və bir çoxu Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır.
2006-cı il “Əməkdar artist”i fəxri adına layiq görülüb.