Rusiyada qadın səsvermə qutusunu yandırıb

Rusiyada qadın səsvermə qutusunu yandırıb backend

Rusiyada Xantı-Mansiysk Muxtar Dairəsinin Koqalım şəhərinin sakini stasionar səsvermə qutusunu yandırmağa cəhd edib.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Uqra Seçki Komissiyası məlumat yayıb.

Məlumatda qeyd edilib ki, qadın saxlanılıb və yanğın tez bir zamanda söndürülüb. Hadisə zamanı seçki bülletenlərinə və avadanlıqlara ziyan dəyməyib.

“Saat 15:18-də (Moskva vaxtı ilə 13:18) Koqalım şəhərində 484 saylı seçki məntəqəsində stasionar seçki qutusunu molotov kokteyli ilə yandırmaq cəhdi uğursuz olub”, - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulaev seçki məntəqələrində seçki qutularının mühafizəsinin gücləndirilməsinə çağırıb. Bundan əvvəl iki bölgədə bir neçə şəxs seçki qutularına mürəkkəb tökərək onları zədələyiblər. Moskvada seçki məntəqələrinin birində qadının qutuun üzərinə boya tökdüyü də bildirilib. İctimai Palatanın məlumatına görə, analoji hadisələr Rostov vilayətində də müəyyən edilib.

QAZİLER.AZ

Diaspora