Konyada “Türk ulduzları”na məxsus təyyarə qəzaya uğrayıb: ölən var - VİDEO

Konyada “Türk ulduzları”na məxsus təyyarə qəzaya uğrayıb:  ölən var - VİDEO backend

Türkiyənin Konya vilayətində təlim təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı bir nəfər həlak olub. 

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd olunur ki, təlim təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk ulduzları” pilotaj qrupuna məxsus olub.

Qəzanın baş verdiyi əraziyə xilasetmə qrupları ezam olunub.

Həyatını itirən təyyarənin qəzaya uğradığı ərazidə uçuş-enmə zolağının təmiri işləri ilə məşğul olan şəxs olub.

Belə ki, qəzaya uğrayan təyyarənin “Türk Ulduzları”nın parkına düşdüyü bildirilir.

Təyyarənin pilotu isə katapult edərək xilas olub.

 

Diaspora