Estoniya ilə sərhəddə Rusiya gömrükçüləri bir kişinin bel çantasından 90 silikon üz aşkarlayıblar.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.
Məlumata görə, insident Rusiya-Estoniya sərhədindəki İvanqorod avtomobil keçid məntəqəsində baş verib. Kinqisepp gömrükçüləri Estoniya vətəndaşının bel çantasında çəkisi 7,4 kiloqram olan insan sifətindən ibarət 90 silikon aşkar ediblər. Eyni zamanda həmin şəxs bəyan etməli olduğu heç bir malının olmadığını bildirib.
Kişi bunları Estoniyaya çatdırmaq üçün Rusiyadan aldığını izah edib. Belə silikon üzlər adətən döymə və pirsinq öyrətmək üçün istifadə olunur. Lakin onda malların qəbzi olmayıb.
QAZİLER.AZ