Qazaxda Gürcüstan səfirliyinin maşını aşdı: yaralananlar var

Qazaxda Gürcüstan səfirliyinin maşını aşdı: yaralananlar var backend

Ötən axşam Gürcüstan səfirliyinə məxsus avtomobilin aşması nəticəsində xəsarət alan şəxslər öz ölkələrində olan xəstəxanaya göndərilib.

"Report"un məlumatına görə, Gürcüstan vətəndaşları - 1955-ci il təvəllüdlü Khulordava Malkhaz və 1956-cı il təvəllüdlü Todua Yali Qazax Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımlar aldıqdan sonra Gürcüstanda yerləşən xəstəxanalardan birinə köçürülüb.

Xatırladaq ki, Gürcüstan səfirliyinə məxsus "Lexsus" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonu İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.

Faktla bağlı araşdırma davam edir.

Diaspora