Mingəçevirdə kütləvi dava: yaralılar var

Mingəçevirdə kütləvi dava: yaralılar var backend

Mingəçevirdə beş nəfərin iştirakı ilə kütləvi dava olub, xəsarət alanlar var.

QAZILER.AZ  Axar.az-a istinadən xəbər verir ki, hadisə Səməd Vurğun meydanı ərazisində baş verib.

Beş nəfər arasında baş verən əlbəyaxa dava zamanı 1994-cü il təvəllüdlü Ucal Əhmədəliyev və 1991-ci il təvəllüdlü Nicat Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sözügedən hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır və əməli törədən şəxslər müəyyən olunaraq izahatları alınıb.

Diaspora