Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu backend

Xəzər dənizində 3,1 maqnitudalı (Mw) zəlzələ olub.

QAZİLER.AZ xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Mərkəzin verilənlərinə görə, Bakı vaxtı ilə 00:09-da qeydə alınmış zəlzələnin ocağı 25 km dərinlikdə olub.

Təbii hadisənin episentri əhalisi təxminən 1 700 nəfər olan Çilov qəsəbəsindən (eyniadlı adada yerləşir) 86 km şimal-şərqdə yerləşib.

Diaspora