DSX-nin hərbi qulluqçusu yaralandı

DSX-nin hərbi qulluqçusu yaralandı backend

Mart ayının 8-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu əsgər Elvin Bəxtiyar oğlu Nəsibli silahla davranış qaydalarını pozması nəticəsində yaralanıb.

QAZILER.AZ  Axar.az-a istinaden verdiyi xebere göre, bu haqda Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat verib.

Hərbi qulluqçunun həyatını xilas etmək üçün təxirəsalınmaz tədbirlər görülərək xəstəxanaya çatdırılıb, ixtisaslaşmış və peşəkar həkimlərin iştirakı ilə əməliyyat olunub.

Faktla bağlı cinayət işi açılıb və Hərbi Prokurorluğun əməkdaşları ilə birgə araşdırma aparılır.

Diaspora