“Google”da çalışan proqram mühəndisi Linvei Dinq şirkətin süni intellekt proqram təminatı haqqında məlumatları Çinə sızdırmaqda ittiham edilərək saxlanılıb.
QAZILER.AZ Publika.az-a istinaden xəbər verir ki, ABŞ Kaliforniya Baş Prokurorluğu Dinqi “Google”da işləyərkən 2 fərqli Çin şirkətinə süni intellekt proqramları haqqında məlumat sızdırmaqda və 1 il ərzində faylları şəxsi hesaba köçürməkdə günahlandırdıqlarını bildirib.
Prokurorluq həmçinin qeyd edib ki, Dinq qeyd olunan tarix aralığında Çinə gedib və başqa bir “Google” əməkdaşının kartını skan etdirərək şirkətdən ayrılmadığı təəssüratı yaratmağa çalışıb. Günahı sübuta yetirilərsə, Dinq ticarət sirrinin oğurlanmasına görə 10 ilə qədər həbs cəzası və 250 min dollar cərimə ilə üzləşəcək.