Hindistanın şimalında 53 vaqondan ibarət yük qatarı sürücü olmadan təxminən 80 km yol qət edib.
Qaziler.az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.
Qəzetin məlumatına görə, qatar Cammu şəhərindən Pəncab ştatına gedirmiş. Sürücülər aralarında yerdəyişmə etmək üçün Kauta stansiyasında qatarı dayandırıblar. İnsident də bu vaxt baş verib.
Belə ki, qatar enişlə hərəkət etməyə başlayanda maşinist və köməkçisi özlərini qatardan yerə atıblar. Qeyd olunur ki, versiyalardan birinə görə, hadisəyə səbəb əl əyləcinin basılmaması olub.
Təpədən aşağı hərəkət edən insansız qatarın maksimum sürəti100 km/saata çatıb və qatar dayanmazdan əvvəl beş stansiyadan keçib. İşçilərdən biri relslərin üzərinə taxta bloklar qoyub. Qatar on kilometrlərlə yol qət etdikdən sonra qarşısındakı sıldırımlı eniş səbəbindən Pəncabın Unchi Beissi stansiyasında dayanıb.
Nəşrin məlumatına görə, insident nəticəsində ölən olmayıb.
QAZİLER.AZ