Qəbələdə qəza: Küveyt vətəndaşı yaralandı

Qəbələdə qəza: Küveyt vətəndaşı yaralandı backend

Qəbələ rayonunda əcnəbi vətəndaşın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, hadisə Qəbələ şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes Vito" markalı mikroavtobus digər bir avtobusla toqquşub. Nəticədə "Mersedes Vito" da olan Küveyt vətəndaşı, 1983-cü il təvəllüdlü Fərəh Alrefaei müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzaya səbəb yolun buzlu olmasıdır.

Faktla bağlı araşdırma aparılır.

 

 

Diaspora